İtaliyanın İskya adasında baş vermiş zəlzələ zamanı azı 1 nəfər ölüb.
Oxu.Az-ın Report-a istinadən xəbərinə görə, bu barədə Rai News 24 telekanalı xəbər verib.
Məlumata görə, ölən şəxs qoca qadındır. Qeyd edilir ki, 3,6 bal gücündə baş vermiş zəlzələ binanın dağılmasına səbəb olub.
Lakin tələfatın bununla yekunlaşmadığı bildirilir. Xilasedicilər dağıntılar altında cəsədlərin olduğunu istisna etmirlər.
Bundan başqa, təbii hadisə zamanı daha 3 nəfər itkin düşüb.
01:04
Avqustun 21-də axşam saatlarında İtaliyanın İskya adasında baş zəlzələ bir sıra yaşayış məntəqələrində dağıntılara səbəb olub.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən məlumatına görə, maqnitudası 3,6 bal olan yeraltı təkanların episentri adanın qərb sahilində, ocağı isə 10 km dərinlikdə yerləşib.
Hadisə nəticəsində xəsarət alan və itkin düşənlərin olduğu bildirilir.
Şahidlərinin sözlərinə görə, zəlzələ hiss olunub və əhali arasında təşvişə səbəb olub. İnsanlar qorxudan küçələrə çıxıblar. Bu zaman telefon şəbəkələrinin işləməməsi vəziyyəti daha da gərginləşdirib.
S.B.
www.oxu.az