Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Jirinovskinin xarici pasportu inanılmaz qiymətə satıldı
Rusiyalı mərhum siyasətçisi Vladimir Jirinovskinin xarici pasportu hərracda 1,1 milyon rubla (təxminən 22.7 min manata) satılıb.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Lotun başlanğıc qiyməti 11 dəfə aşağı - 100 min rubl təşkil edib. Sənəd 19 oktyabr 1992-ci ildə beş il müddətinə verilib.
Qeyd edək ki, Jirinovski Rusiya Liberal-Demokrat Partiyasının qurucusu və sədri olub. O, 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.
"Vladimir Jirinovski" teqi üzrə xəbərlər
Ən çox oxunanlar