Kaliforniyada meşə yanğınları nəticəsində 100-dən çox adam xəsarət alıb, tüstüdən zəhərləndiyinə görə xeyli insana tibbi yardım göstərilib.
Bu barədə Oxu.Az "San Francisco Chronicle" qəzetinə istinadən xəbər verir.
"St. Joseph Health" xəstəxanasının nümayəndəsi Vanessa Deqienin sözlərinə görə, 12 yaralının vəziyyəti ağır olaraq qiymətləndirilir.
***
09:00
ABŞ-ın Kaliforniya ştatında tüğyan edən meşə yanğınları nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bundan əvvəl ştatın şimal bölgəsində baş verən yanğınlar zamanı 3 nəfərin öldüyü bildirilirdi.