Rusiyanın Kamçatka sahillərində göyərtəsində 29 ekipaj üzvünün olduğu "Triumf" gəmisi yanıb.
Oxu.Az xəbər verir ki, məlumatı TASS yayıb.
Ekipaj üzvündən 25 nəfəri ərazidən keçən "Persey" gəmisi tərəfindən təxliyə edilib.
Baş verən yanğın nəticəsində yeddi nəfər xəsarət alıb.
Xilasedicilərin dəqiqləşdirilmiş məlumatına görə, gəminin kapitanı xilas edilib, dörd ekipaj üzvü itkin düşüb, onların axtarışları davam etdirilir.
Qaynar xətt:
(055) 224 12 12