Kamerunda hərbi helikopterin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, insident Kamerun-Nigeriya sərhədində qeydə alınıb.
Məlumata görə, qəza zamanı Kamerun ordusunun generalı, üç yüksək rütbəli zabiti və iki ekipaj üzvü ölüb.
Qəzanın səbəbləri barədə məlumat verilmir.
A.M.