Kataloniya hökuməti Madridlə dialoq yaratmaq üçün bütün imkanlardan istifadə etməyə çalışdı, amma bunun mümkünsüzlüyünü görüncə, müstəqilliyini elan etmək məcburiyyətində qaldı".
Оxu.Az TASS-a istinadən xəbər verir ki, bunu İspaniya hökuməti tərəfindən vəzifədən uzaqlaşdırılan Muxtariyyətin keçmiş rəhbəri Karles Puçdemon Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Kataloniya müstəqilliyə doğru dinc, zorakılıqdan uzaq hərəkət üzrə fəaliyyət planı qəbul edib.
K.Puçdemon qeyd edib ki, Kataloniya hökuməti 21 dekabr seçkilərinin istənilən nəticəsini qəbul edəcək.
N.H.
Rəylər