Ərəbistanın “Daily Sabah” nəşri Suriya prezidenti Bəşər Əsədin işemik insult ilə xəstəxanaya yatırıldığı barədə məlumat yayıb.
Oxu.Az korrespondent-ə istinadən xəbər verir ki, bununla yanaşı, suriyalı diktatorun həyatına sui-qəsd olmasına dair şayiələr də gəzir.
“Əl-Cazirə” telekanalının məşhur aparıcısı Feysal əl-Kasem “Twitter” hesabında Əsədin yataq xəstəsi olduğunu, amma komada olmadığını bildirib”, - məlumatda deyilir.
Bu informasiyanı Livanın “al-Mustaqbal” qəzeti təsdiq edib. Daha bir nəşr - “Saudi Asharq al-Awsat” qəzeti də öz oxucularına Bəşər Əsədin xəstəxanaya yerləşdirildiyinə dair məlumatlandırıb.
Prezident Əsədin nümayəndələri bu informasiyanı təkzib edərək onun səhhəti ilə heç bir probleminin olmadığını bildiriblər.
Xatırladaq ki, daha öncə KİV Əsədin Suriyada kimyəvi silah tətbiqinə aidiyyəti olduğuna dair məlumat yaymışdı.
N.O.
www.oxu.az