Fransanın Baş naziri Fransua Bayru istefa ərizəsini Prezident Emmanuel Makrona təqdim edərək Yelisey sarayını tərk edib.
Oxu.Az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Xatırladaq ki, sentyabrın 8-də Fransa Milli Assambleyasının (parlamentin Aşağı Palatası) deputatlarının əksəriyyəti Baş nazir Fransua Bayrunun proqram xarakterli çıxışından sonra ölkə hökumətinə etimadın əleyhinə səs verib. Bu hadisədən sonra Fransua Bayrunun istefası gündəmə gəlib.