İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) iyunun 25-də Hörmüz boğazında yük gəmisinə hücum edib.
Oxu.Az bildirir ki, "The Wall Street Journal" nəşri bu barədə iki yüksəkvəzifəli amerikalı rəsmiyə istinadən xəbər verir.
"SEPAH Hörmüz boğazında Sinqapur bayrağı altında üzən yük gəmisinə hücum edib", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, zərbə nəticəsində xəsarət alan olmasa da, gəmiyə ziyan dəyib.
Qaynar xətt:
(055) 224 12 12