ABŞ-ın rəhbərlik etdiyi koalisiya təyyarələrinin İŞİD-ə qarşı hava hücumu zamanı 42 dinc sakin həlak olub.
Oxu.Az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu barədə Suriya İnsan Haqları Təşkilatından bildiriblər.
Hava hücumunun Suriyanın şərqində İŞİD-in nəzarətində olan əraziyə təşkil olunduğu bildirilir.
ABŞ-ın liderlik etdiyi koalisiyadan bildirilib ki, Əl-Meydan qəsəbəsində baş verən bu hadisə araşdırılacaq.
L.Ə.