“Facebook” sosial şəbəkəsinin istifadəçilərinin sayı 2 milyard nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bunu “Facebook”un yaradıcısı Mark Zukerberq öz səhifəsində yazıb.
“Sizinlə bu səfərdə olmaq şərəfdir”, - deyə Zukerberq qeyd edib.
Bildirək ki, sosial şəbəkənin əsası 2004-cü ilin fevralında 19 yaşlı tələbə Mark Zukerberq tərəfindən qoyulub. Qərargahı ABŞ-ın Kaliforniya ştatında yerləşir.
L.Ə.