Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Kobaxidze Aİ-nin Gürcüstanı tənqid etməsini şərh edib
"Avropa İttifaqı (Aİ) Gürcüstanı daim tənqid edir, lakin Ukrayna və Moldovanı tərifləyir, halbuki orada bir-birinin ardınca telekanallar və partiyalar bağlanır".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Baş nazir Avropa İttifaqının Gürcüstanın Aİ-yə qəbulunun bloklanmasına dair bəyanatını obyektiv hesab etməyib və bildirib ki, halbuki Moldova və Ukrayna müsbət qiymətlər alıb.
"Ukrayna və Moldovada nə media plüralizmi var, nə də siyasi plüralizm. Korrupsiya inkişaf edir, ciddi problemlər mövcuddur, institutlar son dərəcə zəiflədilib. Əsas məsələ obyektivlikdir, bunu cəmiyyət görmür", - deyə o vurğulayıb.
"Gürcüstanın Avropa İttifaqına üzvlük prosesi" teqi üzrə xəbərlər
- Mixail Kavelaşvili: "Gürcüstanın öz dəyərlərindən imtina edərək Aİ-yə daxil olmasının mənası yoxdur"
- Qərb Gürcüstana müdaxiləni artırıb: "Hakimiyyət uğrunda ölüm-qalım mübarizəsi gedir"
- Aİ sammiti Gürcüstanın qəbul prosesinin dayandırıldığını elan etdi
- Gürcüstan seçimə məcbur edilir: Qərb, yoxsa Rusiya daha faydalıdır?
- Gürcüstanın parlament sədri Aİ maliyyəsi haqqında: "Onların arxasında başqalarının maraqları durur"
Rəylər