Güclü zəlzələdən sonra Kolumbiyanın Sakit okean sahillərində sunami təhlükəsi yoxdur.
Oxu.Az xəbər verir ki, bu barədə Kolumbiyanın Təbii Fəlakət Risklərinin İdarə Edilməsi üzrə Milli Xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
* Kolumbiyada güclü zəlzələ: Hava limanları fəaliyyətini dayandırdı
* 7,4 maqnitudalı zəlzələdən sonra Kolumbiyada itkinlərin axtarışına başlanıldı
"Kolumbiyanın Baş Dəniz İdarəsinin məlumatına görə, səhər saat 07:34-də (Bakı vaxtı ilə 16:34 - red.) Çoko departamentinin San-Xose-de-Palmar şəhərindən 20 kilometr məsafədə qeydə alınan 7.4 maqnitudalı zəlzələdən sonra Kolumbiyanın Sakit okean sahilləri üçün sunami təhlükəsi yoxdur", - deyə açıqlamada bildirilib.