Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirib. Məlumata görə, PUA-lar hədəfə çatmaq üçün 2 000 kilometrdən çox məsafə qət edib.
Oxu.Az "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, məlumatı Ukrayna Xüsusi Əməliyyat Qüvvələri yayıb.
Ukrayna tərəfinin məlumatına görə, zərbədən sonra kompleksin ərazisində yanğınlar və dağıntılar qeydə alınıb.
"ZapSibNeftexim" Rusiyanın ən iri neft-kimya komplekslərindən və ölkənin kimya sənayesinin strateji müəssisələrindən biri hesab olunur.
Tobolskdakı kompleks müxtəlif sənaye məhsullarının istehsalında istifadə olunan əsas xammal növlərini istehsal edir. Bu məhsulların bir hissəsinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli istehsal sahələrində istifadə olunduğu bildirilir.