Konqo Demokratik Respublikasında (KDR) Ebola virusuna yoluxduğu təsdiqlənən şəxslərin sayı artaraq 1 708 nəfər olub.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Rabitə və Mətbuat Nazirliyi məlumat yayıb.
Təhlükəli virusdan həyatını itirənlərin sayı 580 nəfər təşkil edir. Xəstəlik üzrə ölüm göstəricisi 33.9 faizə bərabərdir.
Hazırda 680 pasiyent tibbi izolyatorlarda və xəstəxanalarda həkim nəzarəti altındadır. İndiyədək 280 nəfər tam sağalıb.
Xəstəliyə yoluxanlarla təmasda olanların izlənməsi göstəricisi 75.2 faiz təşkil edir.
Qeyd edək ki, Ebola virusunun hazırkı yayılma dalğası mayın 15-də Uqandada və KDR-in şərqində başlanıb. Epidemiya mərkəzinin Konqonun İturi əyalətində yerləşdiyi bildirilir.