Türkiyənin Konya əyalətinin Cihanbeyli rayonunda məktəb şagirdlərini aparan avtobusun aşması nəticəsində 2 şagird ölüb, 4-ü ağır olmaqla 16 məktəbli yaralanıb.
Oxu.az Report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Cihanbeyli-Konya avtomobil yolunda baş verib.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, qəzanın baş verməsinə səbəb kimi yolun buz bağlaması göstərilib. Yol buz olduğundan sürücü idarəetməni itirib və avtobus aşıb.
İ.N