Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşü “Böyük İyirmiliy”in 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək sammitinə qədər baş tuta bilər.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskovun sözlərinə görə, Tramp və Putin yanvarın 28-də baş tutan telefon danışığında Kreml mürəkkəb məsələlərin həll edilməsində mümkün yolları görüb.
Peskov qeyd edib ki, söhbət zamanı sanksiyalar müzakirə edilməyib, belə ki, öncə görüşün yeri və tarixi müəyyənləşdirilməlidir.
Putin və Trampın ilk telefon söhbəti yanvar ayının 28-də baş tutub. Ağ evin mətbuat xidmətinin məlumatına görə, söhbət Rusiyada qadağan edilmiş “İslam dövləti” terror qruplaşması ilə mübarizə və Suriyada münaqişənin tənzimlənməsinə həsr olunub.
N.O.
www.oxu.az