Seysmoloqlar Kuril adaları yaxınlığında 5.7 maqnitudalı yeraltı təkanlar qeydə alıblar. Zəlzələ Severo-Kurilsk şəhərində təxminən beş bal gücündə hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin regional filialının "Yujno-Saxalinsk" seysmik stansiyasından məlumat verilib.
Yeraltı təkanlar Saxalin vaxtı ilə saat 11:43-də (Bakı vaxtı ilə 03:43-də) Severo-Kurilskdən 76 km cənub-şərqdə, 55 km dərinlikdə baş verib.
Qaynar xətt:
(055) 224 12 12