Şimali Koreya sərhəd qoşunlarına ölkənin müəssisələrində istehsal olunan 250 ədəd yeni taktiki ballistik raketin buraxılış qurğusu təhvil verilib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.
Bildirilir ki, təhvilvermə mərasimi Şimali Koreya lideri Kim Çen Inın iştirakı ilə keçirilib.
Məlumata görə, Kim Çen In müdafiə qabiliyyətinin gücləndirilməsini əhalinin həyat şəraitinin yaxşılaşdırılması və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması ilə yanaşı ən vacib dövlət işi adlandırıb.
Mediada yayılan məlumatına görə, yeni raket buraxılış qurğuları Cənubi Koreya ilə sərhədə göndərilir.
Rəylər