Azərbaycanın paytaxtı bu günlərdə 42-ci Ümumdünya Şahmat Olimpiadasını qəbul edib.
Oxu.Az Sportbox.az-a istinadən xəbər verir ki, Bakıya FIDE reytinqinin kişilər və qadınlar arasında lider şahmatçılar Maqnus Karlsen və Hou İfan da gəlmişdi.
İdman tədbirinin ən samballı və qeyri-adi qonağı Latviyanın maliyyə naziri Dana Reyznietse-Ozola oldu. O, Olimpiadada Latviyanın qadın komandasının lideri idi və birinci lövhədə çıxış edirdi.
Dördüncü mərhələdə ağ fiqurlarla oynayan Dana Reyznietse-Ozola FIDE reytinqinin qadın lideri, hazırkı dünya çempionu çinli idmançı Hou İfana qalib gəlsə də, oyun (2,5:1,5) Çinin qələbəsi ilə başa çatıb.
E.Ə.
www.oxu.az