Livan polisi ölkədə insan alveri ilə məşğul olan ən böyük dəstəni ifşa edib və fahişəliyə məcbur edilən, yetkinlik yaşına çatmayan 75 qızı azad edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Reuters polisin bəyənatına istinadən xəbər verir.
Hüquq-mühafizə orqanlarında dəqiqləşdiriblər ki, seks kölələrinin əksəriyyəti suriyalıdı. Cinayətkarlar onlardan bəzilərini qaçqın düşərgələrindən qaçırıblar, bəzilərini isə suriyalı kişilər özləri satıblar.
Qeyd olunur ki, qızları döyürdülər və onlara işgəncə verirdilər.
Polis reydi zamanı 18 nəfər həbs olunub - 10 kişi və 8 qadın. Onlar qızları intim xidmət göstərdiyi yerlərdə - gecə klubları və mənizllərdə müşayiət edirdilər.
Qruplaşma paytaxt Beyrutdan şimalda yerləşən Cuniya şəhərində fəaliyyət göstərirdi.