Böyük Britaniya hökuməti London metrosunun Parsons Green stansiyasında baş vermiş partlayışı terror aktı adlandırıb.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə BBC öz mənbəyinə istinadən xəbər verir.
LBC-nin məlumatına əsasən, stansiyada baş vermiş partlayış nəticəsində 20-ə yaxın insan xəsarət alıb.
Hazırda minaaxtaranlar ikinci partlayıcı qurğunun zərərsizləşdirilməsi ilə məşğuldurlar, The Sun məlumat verir.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.
12:04
Londonda metroda partlayış baş verib.
Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
“Sun” qəzetinin yazdığına görə isə partlayış qatarlardan birində baş verib. Bir neçə nəfərin yanıq xəsarəti aldığı bildirilir.
Polis hadisəni təsdiqləsə də, təfərrüatlar açıqlanmır. “Biz metronun "Parsons-Qrin” stansiyasında insident olması barədə məlumatlıyıq. Əməkdaşlarımız hadisə yerindədirlər”, - deyə polisdən bildirilib.
N.О.