Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Macarıstan Aİ-nin Ukraynaya 6,5 milyard avroluq hərbi yardımını bloklayır
Macarıstan Avropa Sülh Fondundan Ukraynaya 6.5 milyard avro ayrılmasına qarşı çıxıb.
Oxu.Az "RIA Novosti"yə istinadən xəbər verir ki, bunu Brüsseldə Avropa İttifaqı ölkələrindən olan həmkarları ilə görüşdə iştirak edən Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Siyarto qeyd edib ki, digər Aİ nazirləri ona son dərəcə güclü təzyiqlər ediblər, lakin Macarıstan öz mövqeyində möhkəm dayanacaq.
O, həmçinin xatırladıb ki, Macarıstan Avropa Sülh Fondunun vəsaitlərinin Ukraynaya yardım üçün istifadəsinə etirazını davam etdirir, çünki ölkənin hakimiyyət orqanları macar şirkətlərini beynəlxalq müharibənin sponsorları siyahısına daxil etmək təhlükəsini aradan qaldırmayıb.
"Macarıstan" teqi üzrə xəbərlər
- Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi
- Orban: "ABŞ-nin xarici yardımı Macarıstanda hökumətin devrilməsinə xərclənib"
- Üç ölkənin bəzi ərazilərindən quşçuluq məhsullarının Azərbaycana idxalına qadağa qoyulub
- Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
- Macarıstanın Baş naziri Viktor Orban Brüsseli Gürcüstana təzyiqləri dayandırmağa çağırdı