Macarıstan parlamenti baş nazir vəzifəsində qalma müddətini iki dövrlə məhdudlaşdıran konstitusiya dəyişikliklərini təsdiqləyib. Bu tədbir geri qüvvəyə malikdir və 1990-cı ildən bəri baş nazir postunu tutmuş bütün siyasətçilərə şamil edilir.
Oxu.Az bu barədə "RIA Novosti" agentliyinə istinadən xəbər verir.
Təşəbbüs hakim "Tisa" partiyasının nümayəndələrindən gəlib. Sənədi hakim fraksiyadan 135 deputat dəstəkləyib. Əvvəllər hakimiyyətdə olmuş "Fides" və Xristian-Demokrat Xalq Partiyasından olan 50 parlamentari layihənin əleyhinə çıxıb, "Bizim Vətənimiz" partiyasının altı nümayəndəsi isə səsvermədə bitərəf qalıb.
May ayında Macarıstanın yeni baş naziri Peter Madyar hökumət başçısı vəzifəsində qalma müddətinin məhdudlaşdırılacağını anons etmişdi.