Mahaçqalanın meri Musa Musayevin oğlu Badruddin Musayevin işi üzrə ilk məhkəmə iclası vəkilin iclasa gəlməməsi səbəbindən təxirə salınıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Çernovik” qəzetində məlumat verilib.
Növbəti iclas fevralın 22-də olacaq.
Badruddin Musayev hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq və təhqir etməkdə ittiham edilir.
Xatırladaq ki, 2016-cı ilin mayın 31-də Musayevi Mahaçqala şəhərində Qamzatov və Yraqski küçələrinin kəsişməsində avtomobili təhlükəli idarə etdiyi üçün yol polisi nümayəndələri saxlayıblar.
Bundan sonra merin oğlu və polislər arasında dava düşüb.

N.O.
www.oxu.az