Nyu-York şəhərinin Manhetten bölgəsi kütləvi nümayişlər səbəbindən demək olar ki, iflic olub.
“The New York Times” xəbər verir ki, demokratların və respublikaçıların tərəfdarları Manhettenin küçələrində üz-üzə gəlib.
Tərəflər arasında baş verən mübahisə küçə davaları ilə yekunlaşıb.
Həmçinin əraziyə cəlb olunan polis qüvvələri ilə nümayişçilər arasında da toqquşma olub.
Onlarla nümayişçi həbs olunub.
Xatırladaq ki, ABŞ-da noyabrın 3-də keçirilən prezident seçkilərindən dərhal sonra kütləvi nümayişlərə start verilib.
Manhettendə nümayişçilər arasında küçə davaları gedir - VİDEO
Rəylər