ABŞ-li milyarder və "SpaceX"in qurucusu İlon Mask Ukrayna Prezidenti Volodimir Zelenskinin istefasını tələb edib.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə öz "X" hesabında paylaşım edib:

"Qətllər (Ukrayna münaqişəsinin gedişatında - red.) davam edir. Zelenskinin getmək vaxtıdır".
Mask öz səhifəsində "X" istifadəçilərindən birinin mesajını paylaşıb. Həmin mesajda istifadəçi Zelenskinin yaxın günlərdə britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibəsini şərh edib və Ukrayna liderinin prezident seçkisindən yayınmaq üçün döyüş əməliyyatlarını uzatmaq niyyətində olduğunu iddia edib.
İ.Maskın təkrar yaydığı paylaşımda həmçinin bildirilir ki, Zelenski səlahiyyət müddəti bitdikdən sonra izlənilməkdən qorxur, çünki Ukraynanın keçmiş liderlərinin 80%-i mühakimə olunub: Leonid Kuçma qətlə (Qeorqi Qonqadzenin işi - red.), Viktor Yuşenko rüşvətxorluğa, Petr Poroşenko dövlətə xəyanətə görə.