ABŞ sahil mühafizəsi Luiziana ştatının sahilləri yaxınlığında Meksika körfəzində neft platformasında yanğın ilə mübarizə aparırlar.
Oxu.Az xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, hadisə bu gün saat 2:30-da Qrand Ayl adasının 128 km məsafədə yerləşən neft platformasında baş verib. Yanğın zamanı platformada olan dörd nəfər təxliyə edilib. Yanğının söndürülməsinə dörd gəmi cəlb edilib.
Zərəçəkənlər haqqında məlumat yoxdur, yanğının səbəbləri araşdırılır.
N.O.
www.oxu.az