Meksikanın Mexikali şəhəri yaxınlığında polis helikopteri qəzaya uğrayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, göyərtədə olan dörd nəfər ölüb. Onlardan ikisi polis və ikisi isə xilasedici olub.
Polisin məlumatına görə, sükan vinti naqillərə ilişən helikopter yerə düşərək partlayıb.
Helikopter dağlıq ərazidə itkin düşən alpinistin axtarışına cəlb edilibmiş.
N.О.
www.oxu.az