ABŞ-ın 45-ci prezidenti Donald Trampun seçkilərdən müvəffəqiyyətlə çıxacağını öncədən təxmin edən Hong Konglu öngörücü Priscilla Lam, prezidentlərin gələcək günləri ilə bağlı açıqlamalar verib.
Oxu.Az Bizimyola istinadla xəbər verir ki, Trampın 2017-ci ilə yaxşı başlayacağını bildirən öngörücü, ilin sonunda D.Trampun işlərinin pis gedəcəyini deyib.
Putin haqqında isə o, 2017-ci ilin onun üçün çox uğurlu il olacağını və Rusiya iqtisadiyyatının daha da böyüyəcəyini deyib.
20 ildir ki, bu işlə məşğul olan məşhur öngörücü, Türkiyə prezidenti ilə bağlı da danışıb.
Onun sözlərinə görə, bahar ayları Ərdoğan üçün heç də yaxşı keçməyəcək. Priscilla Lam Ərdoğanın referendumda məğlub olacağını və 2017-ci ilin onun üçün pis olacağını deyib.
Merkellə bağlı danışan öngörücü, bütün tənqidlərə baxmayaraq onun seçkilərdə müvəffəqiyyət qazanacağını deyib.
Filippin lideri Rodrigo Duterte haqqında da danışan öngörücü 2018-ci ilin onun üçün çətin il olacağını deyib.
Lam Çinin daha da güclənəcəyini bildirib.
N.О.