Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Məşhur türkiyəli müğənni İşın Karaca 6 ayda 26 kiloqram arıqladı: Sirrini açıqladı
Məşhur türkiyəli müğənni İşın Karaca son zamanlar xeyli çəki itirməsi və nəticədə nail olduğu ideal bədən quruluşu ilə diqqət çəkib. Müğənni arıqlamağının sirrini bölüşüb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, 6 ayda 25 kiloqram arıqlayan İşın Karaca konsert zamanı jurnalistlərə bunun necə baş verdiyini danışıb.
"Ən böyük sirrim yemək yeməməkdir. Yeməyəndə alınırmış. Özümü çox yaxşı hiss edirəm, əhvalım yerindədir. Sağlamlıq hər şeydən önəmlidir", - deyə sənətçi bildirib.
"Balıq yağı və maqnezium əlavələri qəbul edirəm. Hər şey mütəxəssisin nəzarəti altındadır. Bu ölkədə Sibel Canla birlikdə ən çox kökələn və çəki verən qadın mənəm. Nəhayət başa düşdüm ki, buna insanın özünü tanıması ilə nail olunurmuş", - deyə İşın Karaca əlavə edib.
"Məşhur müğənni" teqi üzrə xəbərlər
- Xatun boşanmasından DANIŞDI
- Müğənni Kərimin ölkədən çıxışına qoyulan qadağa aradan götürüldü
- Türkiyəli müğənni Volkan Konakın vəsiyyəti gündəm oldu: "Basdırmasınlar məni torpağa"
- Özcan Denizə qardaşından ölüm təhdidləri: Səs yazıları ortaya çıxdı
- Tanınmış mahnıların ifaçısı olan məşhur türkiyəli müğənni yeni həyatı ilə gündəm oldu