Qahirədə xüsusi təyinatlılar və terrorçular arasında baş verən qarşıdurmada ölən polislərin sayı 54-ə çatıb.
Оxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
Qeyd olunur ki, onlardan 20-si zabitdir. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları xüsusi əməliyyat aparır.
Əməliyyat Qahirədən 135 km aralıda yerləşən əl-Vahat rayonunda gizlənən terror qruplaşmasının zərərsizləşdirilməsi üzrə aparılıb.
Terrorçuların ölkə ərazisində törədilən bir sıra terror aktlarında əli olduğu qeyd olunur.
N.H.