Misirdə sentyabrIn 20-dən bəri nümayişlərdə 1 943 nəfərin nəzarətə alındığı bildirilir.
Bu barədə misirli hüquqşünas Xalid Əli “Facebook” hesabında yazıb.
X.Əli qeyd edib ki, rəsmi qurumlardan izahat olmadığına görə həbs olunan şəxslər haqqında məlumatları bölüşən vəkillər, onları yaxınları və insan haqları təşkilatlarından bu barədə məlumat alıb.
Onun sözlərinə görə, həmin insanlar üçün 15 günlük həbs qərarı verilib.
Xatırladaq ki, misirli müxalif Məhəmməd Əlinin mühacirətdə yaşadığı İspaniyadan rejim əleyhinə nümayişlər təşkil etməyə çağırışından sonra, sentyabrın 20-də ölkənin müxtəlif bölgələrində nümayişlər başlayıb.