Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Modi Trampın sosial şəbəkəsinə qoşuldu
Hindistanın Baş naziri Narendra Modi ABŞ Prezidenti Donald Trampın "Truth Social" sosial şəbəkəsinə qoşulub.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu, amerikalı liderin Hindistan hökumət başçısının bloqer Leks Fridmanla müsahibəsinə keçid paylaşmasından bir neçə saat sonra baş verib.
"Truth Social"da olmaqdan məmnunam. Burada bütün tərəfdarlarla ünsiyyət qurmağı və gələcəkdə mənalı söhbətlərdə iştirak etməyi səbirsizliklə gözləyirəm", - Modi ilk paylaşımında yazıb və 2019-cu ildə Hyustonda keçirilən tədbirdə Trampla əl-ələ tutaraq iştirakçıları salamladıqları fotoşəkili əlavə edib.
Hindistanın baş naziri platformaya qoşulduqdan qısa müddət sonra Trampın və vitse-prezident Cey Di Vensin səhifəsinə abunə olub.
"Narendra Modi" teqi üzrə xəbərlər
- Hindistan baş nazirini 8 martda iki mindən çox qadın qoruyacaq
- Hindistanın baş nazirinin təyyarəsinə terror hücumu planlaşdırılır? - Həbs edilən var
- ABŞ-də hindistanlı milyarderə qarşı ittiham irəli sürüldü
- Hindistan Çinlə sərhəd qarşıdurmasına son qoydu
- Narendra Modi and içərək üçüncü dəfə Hindistanın baş naziri oldu