Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində ölənlərin sayı 27 nəfərə çatıb, Оxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir.
Bundan əvvəl terror aktı nəticəsində 25 nəfərin öldüyü, 30 nəfərin yaralandığı bildirilib.
09:22
Somalinin paytaxtı Moqadişoda iki terror aktı nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.
Oxu.Az-ın AP-yə istinadən verdiyi xəbərə görə, ölənlər arasında azı 3 azyaşlı uşaq və məmurlar var.
“Aş Şəbab” hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
A.M.