Moskvanın cənubunda “Kolomenskaya” metro stansiyasında yeraltı keçiddə naməlum qurğunun partlaması nəticəsində iki nəfər xəsarət alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə paytaxtın təhlükəsizlik xidməti məlumat yayıb.
“Partlayış Andropov prospektində yerləşən “Kolomenskaya” metro stansiyası yanında yeraltı keçiddə baş verib. Baş verən hadisə nəticəsində iki nəfər xəsarət alıb. Onlardan birinin vəziyyəti ağırdır”, - agentliyin həmsöhbəti bildirib.
Hadisə yerinə yanğınsöndürən və həkim briqadası cəlb edilib.
Şahidlərin sözlərinə görə, partlayış nəticəsində 5 kvadratmetr sahədə yanğın baş verib, yanğın söndürülüb.
N.O.
www.oxu.az