Dünən Moskvada, Ketçerski küçəsində pəncərədən yıxılan üç yaşlı oğlan ciddi bədən xəsarətləri alıb.
Oxu.Az “MK”-a istinadən xəbər verir ki, hadisə zamanı uşağın anası evdə olub.
Küçədən keçən şahidlərin bildirdiyinə görə, uşaq ağcaqanaddan qorunmaq üçün pəncərəyə vurulmuş toru itələyib və yerə düşüb. Hadisə yerinə dərhal təcili tibbi yardım çağırılıb.
Uşağın valideynləri əslən Azərbaycandandırlar. Ailənin başçısı meyvə-tərəvəz satışı ilə məşğul olur. Məlumata görə, uşağın ailəsi həmin evdə yaşamır, dostlarıgilə qonaq gəlib.
“Oğlumuz çox fəal uşaqdır, - uşağın atası bildirib, - baş verən hadisədə arvadımı günahlandırmıram, o, uşaqlara hər zaman diqqətli yanaşır. Bizim oğlumuzdan bir yaş böyük bir qızımız da var”.
Hazırda uşaq reanimasiya şöbəsindədir, həkimlər vəziyyətinin çox ağır olduğunu bildirirlər.
S.S.
www.oxu.az