Ermənistan XİN rəhbəri Edvard Nalbandyan cümə günü ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun amerikalı həmsədri Riçard Hoqland ilə görüşüb.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Görüşdə tərəflər Dağlıq Qarabağ münaqişəsinin dinc yol ilə nizamlanması üzrə müvafiq şərtlərin təmin edilməsi üçün atılan addımları müzakirə ediblər.
N.О.
www.oxu.az