Qazaxıstan prezidenti Nursultan Nazarbayev cari iş qrafikinə dəyişikliklər etmək niyyətində deyil.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin rəsmi məlumatında bildirilib.
“İş qrafikində yaxın günlərdə dəyişiklik planlaşdırılmır”, - məlumatda deyilir.
Hazırda prezident G20 sammitində iştirak etmək üçün Çində işgüzar səfərdədir.
15:08
Qazaxıstan prezidenti Nursultan Nazarbayev sentyabrın 3-də Özbəkistana səfərə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə Qazaxıstan hakimiyyətindəki mənbəyə istinadən “Reuters” məlumat yayıb.
Xatırladaq ki, daha öncə Özbəkistan hökuməti ölkə prezidenti İslam Kərimovun ağır vəziyyətdə olduğu barədə məlumat yaymışdı.
N.O.