Rusiyanın “AnexTour” turoperatoru ilə Aralıq dənizi sahilində yerləşən üç ulduzlu hoteldə bir həftəlik tətil rus ailəsinə 33 min rubla (500 dollar) başa gəlir. “Anex Tour” üzərindən beş ulduzlu hotelin qiyməti isə 42 min 500 rubldan (651 dollar) satılır.
Oxu.Az xəbər verir ki, Rusiyadan “Pegas Turistik” ilə Türkiyəyə gələcək eyni rus ailə üç ulduzlu və hər şey daxil sistemi ilə işləyən hoteldə 8 gecəlik tətil üçün 43 min rubl (652 dollar) ödəməli olacaq.
“Coral Travel” şirkətinin xidmətlərindən istifadə etməklə isə Antalyada (Kəmər) üç ulduzlu hoteldə bir həftəlik tətilin ən aşağı qiyməti 37 min 600 rubl (570 dollar) olacaq. Rusiyanın “İnturist” turizm şirkəti isə üç ulduzlu hotelin qiymətini 50 min rubla (758) civarında satır.
Rusiyada internet üzərindən Türkiyəyə istirahət üçün tur axtaranların sayı yenidən artıb. Avqustun son günlərində Türkiyədə bir həftəlik tətil axtaranların sayı 9,6%-dən 13,3%-ə qalxıb.
Ülviyyə R. Əli
www.oxu.az