Qazaxıstan prezidenti Nursultan Nazarbayev Prezident, Hökumət və Parlament arasında hakimiyyətin müəyyənləşdirilməsinin lazım olduğunu bəyan edib.
Oxu.Az Zakon.kz-a istinadən xəbər verir ki, bu bəyanatı Nazarbayev Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illiyinə həsr olunmuş iclasda bildirib.
“Müstəqillik tarixi göstərir ki, yeni dövlətin qurulması, islahatların həyata keçirilməsi hər şeydən öncə möhkəm prezident hakimiyyəti təmin edir. Dövlətin inkişafının yeni mərhələsi ölkədə işlərin vəziyyəti üçün Parlamentin, Hökumətin məsuliyyətinin gücləndirilməsi məsələsini ortaya çıxarır”, - o deyib.
Eyni zamanda dövlət başçısı vurğulayıb ki, “Qazaxıstan prezident idarəçiliyi olan dövlətdir, olub və olacaq”.
“Bununla yanaşı Prezident, Hökumət və Parlament arasında hakimiyyətin müəyyənləşdirilməsinin vaxtı gəlib və xüsusi komissiya bu məsələləri öyrənməli, müvafiq qanunlara, hətta Konstitutsiyaya dəyişikliklərə dair təkliflər etməlidir”, - N.Nazarbayev bildirib.
N.O.
www.oxu.az