Qazaxıstan prezidenti Nursultan Nazarbayev bazar ertəsi axşam saatlarında Respublika telekanalarının birbaşa efirində xüsusi bəyanatla çıxış edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“Bu gün saat 21:00-da (Bakı vaxtı ilə saat 19:00-da) dövlət başçısının respublika telekanallarında xüsusi bəyanatı gözlənilir”, - məlumatda deyilir.
Məlumatda bəyanatın mövzusu dəqiqləşdirilmir.
N.O.
www.oxu.az