Nepalda dağın bir hissəsi uçub.
Oxu.Az bu barədə RT-yə istinadən xəbər verir.
Nəhəng torpaq sürüşməsi çayın qarşısını kəsib. Xəsarət alanlar barədə hələlik məlumat yoxdur.
Qeyd edək ki, daha əvvəl Nepalda baş verən güclü torpaq sürüşməsi və daşqın qurbanlarının sayı 1 287 nəfərə çatıb. Təxminən 5 000 nəfər itkin düşmüş hesab olunur. 13 000-dən çox insan xilas edilib.
Avqustun 26-da Nepalın şimalında güclü daşqın da baş vermişdi.
Qaynar xətt:
(055) 224 12 12