Rusiya Federasiyasının Dağıstan Respublikasında inəklər üçün cərimə meydançası qurulub.
REN TV xəbər verir ki, cərimə meydançasına sahibləri tərəfindən nəzarətsiz buraxılan inəklər salınacaq.
Nəzarətsiz heyvanlar xüsusən magistral yollarda nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir, qəza riskini artırır.
Heyvanların cərimə meydançasından çıxarılması üçün cərimə ödəniləcək.