Nikaraquanın Sandini Xalq Azadlıq Cəbhəsinin namizədi olan hazıkı lideri Daniel Orteqa üçüncü dəfə prezident seçilib.
Oxu.Az “France-Press”ə istinadən xəbər verir ki, Orteqanı seçicilərin 72,5%-i dəstəkləyir.
Onun rəqiblərindən ən çox səs toplayan Maksimino Rodriges cəmi 15% səs toplayıb.
Orteqa ilk dəfə 1985-ci ildə Nikaraquanın prezidenti olub. 2006-cı ildə yenidən hakimiyyətə qayıtdı və hazırda bu vəzifədə ikinci müddətini başa vurur.
N.O.
www.oxu.az