"Hökumət "Ermənistan Elektrik Şəbəkələri" (EEŞ) Qapalı Səhmdar Cəmiyyətini (QSC) əldə etmək və ya ən azından bu müəssisənin kapitalında həlledici səsə sahib olmaq istəyir".
Oxu.Az "Sputnik Ermənistan"a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan brifinqdə bəyan edib.
"Hakimiyyətin bu məsələyə yanaşması İctimai Xidmətlərin Tənzimlənməsi üzrə Komissiyanın qərarından asılı olacaq, çünki yalnız komissiya indiki sahibləri lisenziyadan məhrum edə və ya onu saxlaya bilər", - deyə Paşinyan bildirib.
Xatırladaq ki, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin sahibi, "Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan hakimiyyətə hücumlar fonunda kilsəni dəstəklədiyi üçün həbs edilib. Onun həbsindən sonra hakimiyyət şirkətin milliləşdirilməsi prosesinə start verib.