ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Viktoriya Nuland və bir sıra yüksəkvəzifəli diplomatlar bu həftə öz vəzifələrini və Dövlət Departamentini tərk edəcəklər.
Oxu.Az bu barədə “Associated Press” məlumat yayıb.
Nuland öz postunda olarkən Avromaydanda fəal iştirak edib, etiraz aksiyaları zamanı tez-tez Kiyevə səfər edib.
Nulanddan başqa, söhbət dövlət katibinin inzibati-təsərrüfat sahəsi üzrə müavini Patrika Kennedi, dövlət katibinin köməkçiləri Coys Barr və Mişel Bonddan gedir. Həmçinin xarici nümayəndəliklərlə iş idarəsinin rəisi Centri Smit də öz postunu tərk edəcək.
N.O.
www.oxu.az