Bu gün Nyu-Yorkda silahlı insident qeydə alınıb.
Oxu.Az-ın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, insident qaradərilərin yaşadığı Harlem rayonunda baş verib.
Məlumata əsasən, atışma nəticəsində 2 nəfər ağır yaralanıb. Onlar kritik vəziyyətdə xəstəxanaya aparılıblar. Polis hadisənin səbəblərini araşdırır.
A.S.
www.oxu.az