9-cu mərtəbənin damına qalxan Rusiyanın Zelenoqorsk şəhər sakini qonşu beşmərtəbəli binaya keçməyə çalışıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, oğru məftil vasitəsilə damın kənarına çəkilib ordan keçmək istəyərkən məftil qopub. Qonşu binada yaşayan sakin mobil telefonu vasitəsi ilə şəhərdə məşhur ogrunun faciəli həlak olmasını çəkə bilib.
Həlak olan şəxsiyyəti tədqiqatçılar dərhal təyin ediblər. Hadisə vaxtı onun sənədləri üstündə olub. Bu daha əvvəl dəfələrlə oğurluqda mühakimə edilən işsiz yerli sakin olub. O, bir neçə dəfə oğurluq və soyğun üstə cinayət məsuliyyətinə cəlb edilib və azadlıqdan məhrum edilməsinə baxmayaraq yenə də “sevimli peşə”sini davam etdirirmiş.
Bu dəfə oğru işə qeyri-adi yolla getməyə qərar verib ki, bu da onun həyatı bahasına başa gəlib.