Fransanın hazırki prezidenti Fransua Olland yeni seçilmiş dövlət başçısı Emmanuel Makrona səlahiyyətlərin verilməsi tarixini açıqladı.
Oxu.Az yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlərin verilməsi mayın 14-də baş tutacaq.
Xatırladaq ki, Fransada prezident seçkilərinin ikinci turu mayın 7-də keçirilib. Makron “Milli cəbhə” partiyasından olan rəqibi Marin Le Peni geridə qoyub.
N.О.
www.oxu.az